Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi müzakirə edilib
13 May 2016 16:37 SosialBinəqədi Rayon Binəqədi qəsəbəsi Mədəniyyət evinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda müşavirə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, müşavirəyə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov və Fövqəladə Bakı Regional Mərkəzinin rəis müavini, Tale Şamçiyev sədirlik ediblər. Tədbiri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov açaraq, giriş nitqi ilə çıxış edib. Sonra Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev "Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti" mövzusunda çıxış edib. Tədbir çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi rayonun aidiyyəti təşkilatları ilə birgə su hövzələrində rayon əhalisinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq məqsədyönlü işlərin görülməsi, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi işinin təşkili birinci və əsas məsələ olduğunu xüsusi ilə qeyd ediblər.