“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirilib
6 May 2016 15:17 SosialBinəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin iştirakı ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda gənclərlə görüş keçirilib."OLAYLAR"-ın xəbərinə görə, çay süfrəsi ətrafında təşkil olunan tədbirdə "Ölkəmizi Tanıyaq" layihəsində iştirak edən Binəqədi məktəbliləri, onların valideynləri və müəllimləri, eləcə də, fəal gənclər iştirak edib. Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və millət vəkili Azay Quliyev Ümummilli liderimiz Heydər Əliyevin öz siyasətində daima gənclərə qayğı göstərməsindən, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verməsindən və onun respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz bəhs ediblər. Daha sonra "Ölkəmizi Tanıyaq" layihəsi iştirakçıları olan Binəqədi məktəblilərinin birliyini simvolizə edən tort kəsilib.