Türkiyə nümayəndə heyəti Binəqədi icra başçısı ilə görüşüb
28 Aprel 2016 15:55 Sosial"Türkiyə-Azərbaycan Kültür və Sanatda Dev Kardeşlik ve Candaşlıq" layihəsində iştirak edən nümayəndə heyəti Binəqədi rayonunda olublar. "OLAYLAR"-ın xəbərinə görə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla keçirilən görüşdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının Türkiyə Cümhuriyyətinə olan səfəri barədə danışılıb, qardaş dövlətin vətəndaşları tərəfindən mehriban və qonaqpərvərliklə qarşılandıqları qeyd edilib. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Türkiyə Anadolu Aydınlar Ocağının başkanı professor, doktor İbrahim Öztək tərəfindən layihəyə göstərdiyi dəstəyə görə "Türkiyə-Azərbaycan Kültür və Sanatda Dev Kardeşlik ve Candaşlıq" Ödülü ilə təltif edilib. Sonda, qonaqlara hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkilib.