Binəqədidə “Multikulturalizmin Azərbaycan modeli” adlı tədbir keçirilib

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2016-cı il tarixli 897 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Multikulturalizm ili" çərçivəsində Binəqədi rayonunda görüləcək işləri əhatə edən Tədbirlər Planına əsasən rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarla birgə müxtəlif tədbirlər həyata keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, 135 saylı tam orta məktəbdə keçirilən "Multikulturalizmin Azərbaycan modeli" adlı tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rauf Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşları Novruz Nuriyev və Nurlan Əzizov iştirak ediblər. Tədbirdə Heydər Əliyev siyasi kursu, ölkəmizdə multikultural və tolerant dəyərlər, multikulturalizmin Azərbaycan modeli, radikalizmin yaranma səbəbləri və zərərli təbliğat vasitələri barədə geniş mühazirə söylənildi. Eyni zamanda, müəllimlərə və məktəblilərə Multikulturalizm ili" çərçivəsində dövlət tərəfindən qarşıya qoyulan tapşırıqlar və rayonda ölkəmizin multikultural dəyərləri və tolerantlıq ənənələrinin təbliği ilə bağlı görülən işlərdən bəhs olunub. Tədbirə dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələrlə yekun vurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31