Binəqədidə ümumrayon seminar-müşavirəsi keçirilib
11 Mart 2016 12:21 SosialBinəqədi Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının fəaliyyətinə həsr edilmiş ümumrayon seminar-müşavirəsi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, seminar-müşavirədə Apellyasiya Şurasının sədri, üzvləri, katibliyinin rəhbəri və üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və s, iştirak ediblər. Apellyasiya Şurasının sədri, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov müşavirəni açaraq, Apellyasiya Şuralarının yaradılmasının məqsədi, Apellyasiya Şuralarının hüquq və vəzifələri barədə çıxış edib. Daha sonra Apellyasiya Şurasının Katibliyinin rəhbəri - RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov Apellyasiya Şurası Katibliyinin fəaliyyəti, şikayətlərə dair tələblər, Şuranın iclaslarının keçirilməsi qaydası, iclas protokolları və qərarlara dair tələblər, Apellyasiya Şurasının üzvü - RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Yunis Hüseynov isə İnzibati icraat üzrə şikayətlərə baxılması qaydası barədə çıxış ediblər. Çıxışlardan sonra sahibkarlar tərəfindən onları maraqlandıran konkret məsələlər barədə suallar verildi və Şura üzvləri sualları cavablandırıblar.