İcra başçısı din xadimləri ilə görüşüb
17 Fevral 2016 16:03 SosialBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov "İmamzadə" kompleksinin əsaslı təmirdən və yenidənqurmadan sonra açılışında iştirak etmək üçün Gəncəyə gedən rayonun bir qrup din xadimi ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirib ki, milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb. Natiq çıxışında Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması haqqında imzaladığı Sərəncamdan sonra bu məsələyə daha böyük maraq göstərildiyini vurğulayıb, tolerantlığın Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu və ölkəmizin mədəniyyətlər, dinlərarası dialoqun qlobal səviyyədə təşviqi məqsədilə bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.