Valideyn himayəsindən məhrum uşaqlar diqqət mərkəzində

Binəqədi rayon İcra Hakimiyyətində ənənəvi olaraq məlumat saatı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, məlumat saatında Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyə nümayəndələri və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak ediblər. Məlumat saatında hazırda ölkənin sosial siyasətinin ən aktual məsələlərindən biri olan "Valideyn himayəsindən mərhum olmuş uşaqların cəmiyyətə inteqrasiyası" mövzusu müzakirə edilib. Mövzu ətrafında geniş məruzə ilə çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin tabeçiliyində fəaliyyət göstərən "İnsan alveri qurbanları üçün Sığınacağ"ın direktoru, "Azərbaycan uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə ölkə üçün layiqli vətəndaşların formalaşmasında valideyn himayəsindən mərhum olmuş uşaqların cəmiyyətə inteqrasiyası məsələsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, mövcud vəziyyətdə həmin uşaqların cəmiyyətlə əlaqələrinin bərpa olunması məqsədi ilə atılan addımlarda daha çox qarşıya çıxan çətiliklər uşaqların sənədlərinin olmamasıdır ki, bu da onların təhsilə cəlb olunmasında müəyyən problemlər yaradır. Daha sonra məlumat saatı diskussiya şəkilində davam etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31