Binəqədidə Gənclər Günü qeyd edilib
2 Fevral 2016 17:15 SosialBinəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "2 Fevral Azərbaycan Gənclər Günü" qeyd edilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi rayonunun millət vəkili Azay Quliyev, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və rayonun fəal gəncləri iştirak ediblər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili Azay Quliyev, Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov "2 Fevral Azərbaycan Gənclər Günü"nün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırıblar. Çıxışlardan sonra "2 Fevral Azərbaycan Gənclər Günü" ilə bağlı rayonun ictimai, siyasi həyatında fərqlənən bir qrup Binəqədi gənci mükafatlandırılıb. Tədbirdə həmçinin Azərbaycanın 2016-cı ilin iyun ayinda "Formula 1 Avropa Qrand pri" yarışına ev sahibliyi etməsi nəzərə alınaraq Kartinq yarışı keçirilib və final mərhələsində qalib gələn komandalar da mükafatlandırılıb.