Sakinlərin Müraciət Xidmətində 3145 zəng cavablandırılıb
8 Yanvar 2016 11:38 Sosial2015-ci ilin dekabr ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti tərəfində 3145 zəng cavablandırılıb. "OLAYLAR"-ın Rayon İcra Hakimiyytinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə birbaşa cavablandırılan zənglərin sayı 2274, yaradılan əks əlaqələrin sayı 900, günlük orta zəng sayı 99, tərtib edilən şikayət vərəqələrinin sayı isə 871 olub. Şikayət xarakterli müraciətin 871-nin icrası təmin edilib, o cümlədən 722 -si və ya 82,9 faizi tam həll olunub. Onlardan 42 -si və ya 4,8 faizi qismən həll edilib, 109-u və ya 12,3 faizinə müvafiq izahat verilərək həll edilib. Bu müddət ərzində Xidmətə daxil olan təşəkkürlərin sayı isə 35 olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31