Binəqədidə kimsəsiz uşaqlar üçün Yeni İl şənliyi keçirilib foto

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Qızıl Aypara Cəmiyyətinin, Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) və Qan Donorları Assosiyasiyasının birgə təşkilatçılığı ilə Atrium Uşaq-Əyləncə Mərkəzində uşaqlar üçün yeni il şənliyi təşkil olunub. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Rauf Həsənov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi Rayon şöbəsinin sədri Afət Quliyeva və Cəmiyyətin əməkdaşları, Tisa Azərbaycan Beynəlxalq Məktəbinin əməkdaşı Mehriban Əzimzadə və məktəbin tələbələri, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, eyni zamanda, Binəqədi rayonunda yaşayan və valideyn himayəsindən məhrum olunmuş və aztəminatlı ailələrin uşaqları iştirak edib. Tədbirdə 26 saylı uşaq və gənclər yaradıcılıq mərkəzi tələbələrindən ibarət musiqi dördlüyü uşaqlar üçün milli mahnılar ifa ediblər. Daha sonra Şaxta Baba və şən klounlar uşaqlarla interaktiv-əyləncəli yarışlar keçirdi, qalibləri mükafatlandırıb. Sonda uşaqlara Şaxta Baba tərəfindən hədiyyələr təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31