Binəqədidə səyyar görüş keçirilib
22 Dekabr 2015 12:15 SosialBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Biləcəri qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirib. İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki,görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Sonra cari ilin 11 ayı ərzində Biləcəri qəsəbəsindən daxil olan müraciətlər barədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov və Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov məlumat veriblər. Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verib.