İcra başçısı səyyar görüş keçirib
15 Sentyabr 2015 13:39 SosialBinəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun Binəqədi qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib. İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Daha sonra qəsəbə sakinləri onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verib.