Binəqədidə şura iclası keçirilib

Binəqədi rayonunda 2014-2015-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik  Fondunun icraçı direktoru Oqtay Səmədov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şura iclasını Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov  açaraq, təhsilə göstərilən dövlət qayğısından danışıb. Natiq Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğu bildirib. Tədbirin sonunda Şura qərarı oxundu və ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31