Gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Rəsulzadə qəsəbə gəncləri ilə görüş keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə gənclərin hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar  həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutduğunu bildirib. YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək 2015-ci il tədris ilində tələbə adını qazanmış, həmçinin 18 yaşını tamamlayaraq səsvermə hüququna malik olmuş gəncləri təbrik edib. Bildirib ki, bu gün gənclərə dövlət tərəfindən xüsusi diqqət var və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov tərəfindən rayonda gənclərin inkişafı üçün yaradılmış hər cür şərait də dövlət siyasətinin tərkib hissədir. Sonda Rəsulzadə Bələdiyyəsi adından 2015-ci il tədris ilində qəsəbə üzrə yüksək bal toplayanlara və ilk dəfə səsvermə hüqüqu qazanan gənclərə hədiyyələr təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31