“Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatıdır” mövzusunda tədbir keçirilib

Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və  Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə "Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatıdır" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi və layihənin rəhbəri Rauf Həsənov layihənin əhəmiyyəti haqqında geniş məlumat verib və bu kimi layihələrin davamlı olacağını diqqətə çatdırıb.
Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Hikmət Babayev, Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev  mühazirəçi qismində çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31