Ekoloji maarifləndirmə mövzusunda tədbir keçirilib

Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şura ekoloji maarifləndirmə mövzusunda tədbir keçirib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövkət Bəkirov, İctimai Şuranın rəhbərliyi və üzvləri iştirak ediblər. Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev bildirib ki, müstəqil Azərbaycana keçmişdən miras qalan bir çox ekoloji problemləri həll etmək üçün dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilib. O, müvafiq istiqamətdə Binəqədi rayonunda görülən işlərdən danışıb. İctimai Şuranın sədr müavini Həmid Mehdiyev də çıxışında ekoloji təbliğatın aparılmasının ətraf mühitin təmiz olmasında böyük rolu olduğunu bildirib.   Tədbirdə ASAN Könüllülərindən Fidan Alıyeva və Kamran Məmmədov ekoloji maarifləndirmə işinin təşkili ilə bağlı öz təkliflərini veriblər. Sonra İctimai Şuranın katibi Fuad Hüseynzadə tərəfindən İctimai Şuranın ekoloji təbliğatın aparılması üçün Mətbuat Şurasına müraciəti oxunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31