Tibb işçiləri üçün təlim keçirilib

Binəqədi rayonunun tibb işçiləri üçün təlimçilər üçün təlim proqramı təşkil edilib. "OLAYLAR"-ın xəbərinə görə,  təlim Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında Türkiyə Respublikası Baş Nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Həkimlər İttifaqı və Azərbaycan Tibb Universiteti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Qadınlar Şurasının birgə əməkdaşlığı ilə keçirilən "Xoş gəldin, körpəm" layihəsi çərçivəsində baş tutub. Binəqədi rayonu İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva təlimdə çıxış edərək onun əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb. Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31