Xarici ölkə gəncləri Binəqədi rayonunda olub

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Çexiya səfirliyinin dəstəyi ilə "Yerli və regional səviyyədə Dövlət İdarəetmə İslahatları" Proqramı üzrə Belarusiya, Ukrayna, Moldova, Gürcüstan, Çexiya, Rusiya, Portuqaliya və Avstriyadan dəvət almış 29 nəfərlik nümayəndə heyəti Binəqədi rayonunda olub. "OLAYLAR"-ın xəbərinə görə, qonaqlar sonra parkla və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası ilə, daha sonra isə Binəqədi Rayon İcra Hakimiyyətinə gələrək İcra Hakimiyyətinin fəaliyyəti ilə tanış olublar. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək Yerli və regional səviyyədə Dövlət İdarəetmə İslahatlarının ölkəmizdə uğurla icra olunduğunu diqqətə çatdırıb. Daha sonra qonaqlara Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində rayonda gedən işlər haqqında ətraflı məlumat verən İcra Hakimiyyəti başçısının müavini ölkəmizin bu mötəbər tədbirin öhdəsindən uğurla gələrək idman ölkəsi kimi adını tarixə yazacağından əminliyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31