Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə olunub

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı növbəti iclas keçirilib. "OLAYLAR"-ın xəbərinə görə,  iclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşöv, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və məsul işçiləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İclasda Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar yaradılmış Binəqədi Rayon Qərargahının İş Planının icra vəziyyəti müzakirə olunub. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Bakı şəhəri Qərargahının üzvü İlqar Süleymanov Birinci Avropa Oyunlarının keçiriləcəyi idman kompleksləri və obyektlərin yerləşdiyi ərazilərdə abadlaşdırma işləri, rayonun küçə, prospekt və meydanlarında nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində görülmüş tədbirlər barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31