Binəqədidə gül bayramı keçirilib
4 May 2015 17:37 SosialBinəqədi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayongül bayramı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, rayonun 6-cı mikrorayon, Ü.Hacıbəyov küçəsində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Rafael Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Bayram tədbirində Bakı 2015 Birinci Avropa Oyunları ilə əlaqədar təbii güllər və çiçəklərdən hazırlanmış müxtəlif növ idman növlərini simvolizə etdirən kompozisiyalar nümayiş etdirilib. Rayon rəhbərliyi və qonaqlar kompozisiyalara baxış keçirdikdən sonra ülu öndərin anadan olmasının 92 illiyinə həsr olunan konsert proqramına tamaşa ediblər. İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmiş "Qızıl Aypara" Cəmiyyətinin rayon şöbəsinin sədri Afət Quliyevaya "Tərəqqi" medalını təqdim edərək onu təbrik edib. Daha sonra konsert proqramı nümayiş etdirilib.