Olimpiada qalibləri mükafatlandırılıb

Binəqədi Rayon İcra Hakimiyyətində məktəblilərin respublika fənn olimpiadasının rayondan olan qalibləri ilə görüş keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva 182 saylı tam orta məktəbin respublika fənn olimpiadasında tarix fənni üzrə yüksək nəticələr göstərərək qaliblər sırasında yer almış şagirdləri - gümüş medal qazanmış Səbinə İsayeva və bürünc medala layiq görülmüş Ruslan Məmmədovla görüşdə məktəblilərə Rayon İcra Hakimiyyəti başçısının təbrikini çatdırıb. Aygün Əliyeva ölkə miqyaslı bu olimpiadada öz bilik və istedadlarını nümayiş etdirərək uğur qazanan məktəblilərə xoş arzularını bildirib.
Sonda məktəblilərə Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31