Binəqədidə “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində seminar keçirilib

"Azərbaycan Könüllülük Xidməti" (AKX) Proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası  (ARGTMŞ)  tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə "Avropa Könüllülük Xidmətinə qoşul, Avropada könüllü ol!" seminarı təşkil olunub. Seminarın mövzuları "SALTO EECA" Resurs Mərkəzinin beynəlxalq təmsilçisi Natalya Nikitina tərəfindən tədris edilib.  Seminarda 200-dən çox namizəd arasından seçilmiş 50 gənc iştirak edib. Seminar Avropa Könüllülük Xidməti və Avropa Birliyinin "Erasmus+" Proqramı çərçivəsində Avropa ölkələri arasında uzunmüddətli könüllülük mübadiləsi həyata keçirmək, həmçinin iştirakçıların Avropa Könüllülük Xidməti (European Voluntary Service - EVS) ilə Avropa ölkələrində könüllü olmaq imkanı əldə etməsi məqsədi ilə həyata keçirilib. Tədbirdə çıxış edən ARGTMŞ sədri Şahin Seyidzadə təşkilatın beynəlxalq əlaqələrindən bəhs edib, təşkilatın Avropa Gənclər Forumu, Avropa Şurası və BMT-in gənclər proqramlarıda fəaliyyəti, Afrika və Şərqi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrindən danışıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31