Məktəblilərə ilk Avropa Oyunları barədə geniş məlumat verildi
17 Aprel 2015 17:41 SosialBinəqədi rayonunda "Bakı 2015" I Avropa Oyunlarının məktəblilər üçün təqdimat mərasimi olub. "OLAYLAR"-ın xəbərinə görə, Binəqədi Rayon İcra Hakimiyyəti, "Bakı 2015 I Avropa Oyunları" Əməliyyat Komitəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Bakı şəhər Təhsil İdarəsi, "Azəryol" voleybol klubunun dəstəyi ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, "Azəryol" Voleybol Klubunun direktoru Zöhrab Gözəlbəyli, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və Binəqədi rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri iştirak etdilər. Mərasimdə giriş nitqi ilə çıxış edən Aygün Əliyeva tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinin Bakıya həvalə edilməsi respublikamız üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Natiq "İlk Avropa Oyunlarının Azərbaycana həvalə edilməsinin respublikamızın bütün sahələrdə olduğu kimi idman sahəsində də tərəqqi dövrünü yaşadığının göstəricisi olduğunu, idmana göstərilən dövlət qayğısı sayəsində idman infrastrukturunun ildən-ilə inkişaf etdiyini, atletlərimizin beynəlxalq arenalarda əldə etdiyi medalların sayının ildən-ilə artdığını qeyd edib. Tədbirin təşkilində göstərdiyi köməyə görə Binəqədi Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirən Elçin Səfərov I Avropa Oyunlarının Azərbaycanın tarixində mühüm məqam olduğunu qeyd edib.