Zərifə Əliyevanın xatirəsi anılıb

Binəqədi rayonunda Azərbaycanda Oftolmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın anım günü münasibətilə xatirəsi yad edilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının qadın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Anım tədbirində Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına parkda alimin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsinə dərin hörmət və ehtiram bildirilib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim kimi elmə verdiyi töhfələr, həmçinin onun mənəvi dünyası, həyat fəlsəfəsi, keçdiyi şərəfli və mənalı ömür yolu barədə danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31