“Açıq qapı” vətəndaş forumu keçirilib

Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" na əsasən Binəqədi rayonunda bu istiqamətdə tədbirlər həyata keçirilməkdədir. "OLAYLAR"-ın xəbərinə görə, bu məqsədlə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yerlərdə və qəsəbələrdə sakinlərlə mütəmadi səyyar görüşlər keçirir. Belə görüşlər əhalinin problemlərinin həllində mühüm rol oynamaqla yanaşı, qəbul edilən qərarlarda, görülən işlər və atılan addımlarda ictimaiyyətin iştirakına əlverişli şərait yaradır. Belə görüşlərdən biri Binəqədi qəsəbə Bələdiyyəsinin inzibati binasında keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rəhbərliyi ilə növbəti "Açıq qapı" vətəndaş forumunda sakinlərin şikayətləri dinlənilib, həmin problemlərin həlli istiqamətində tapşırıqlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31