Binəqədi gəncləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti ilə tanış olub

Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bir qrup gəncin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya çərçivəsində həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "I Avropa oyunları Azərbaycanın tanıtımı və Multikulturalizm siyasəti kontekstində" mövzusunda tədbir təşkil olunub. Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəznin icraçı direktoru, professor Azad Məmmədov Mərkəzin yaranması və fəaliyyət istiqamətləri haqqında danışıb. Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aynur Bəşirli və Mərkəzin layihələr şöbəsinin müdiri Hikmət Babayev görülmüş işlər və qarşıda duran perspektivlər haqda məlumat veriblər. Natiqlər multikultural təhlükəszilik, yerli və xarici universitetlərdə multikulturalizm fənninin tədrisi, Azərbaycanda tolerantlıq və multikulturalizm siyasəti haqda ətraflı məlumat veriblər. Qeyd olunub ki, hazırda Çexiya, İtaliya, Bolqarıstan, Rusiya, Belorusiya, Gürcüstan və Litvada ali təhsil müəssisələrdində Azərbaycan multikulturalizmi fənni tədris olunur. Daha sonra tədbirdə çıxış edən Binəqədi rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova tədbirin təşkilində göstərdikləri dəstəyə görə Mərkəzin rəhbərliyinə Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun təşəkkürünü və salamlarını çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31