Binəqədidə işəgötürənlər maarifləndirilir
2 Aprel 2015 18:12 SosialBinəqədi Rayon İcra Hakimiyyəti və Rayon Məşğulluq Mərkəzinin dəstəyi ilə rayon ərazisində fəaliyyət göstərən orta ümumi və məktəbəqədər təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, tədbirin keçirilməsinin məqsədi işəgötürənlərin "Məşğulluq haqqında" Qanunun 17-ci maddəsinə müvafiq olaraq məlumat və hesabatların Mərkəzə təqdim olunması ilə bağlı məlumatlandırma işinin aparılmasıdır. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq işəgötürənlərə "Məşğulluq haqqında" Qanunun tələblərinə uyğun olaraq müvafiq məlumat və hesabatların müəyyən olunmuş müddətlərdə Məşğulluq Mərkəzinə təqdim edilməsinin vacibliyini qeyd edib. Tədbirdə Mərkəzin direktoru Məhəmməd Hacıyev işəgötürənlərin Mərkəzə təqdim edəcəyi hesabat formaları barədə ətraflı məlumat verib. Qeyd etdi ki, hesabat və məlumatı təqdim etməyən işəgötürənlərə qarşı müvafiq inzibati məsuliyyət nəzərdə tutulub.