İcra başçısı bələdiyyə üzvləri ilə görüşüb

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ötən il, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərindən sonra Binəqədi rayon  bələdiyyəsinin yeni formalaşan tərkibi ilə görüşüb. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, davamlı xarakter daşıyacaq belə görüşlərdə əsas məqsəd bələdiyyə üzvləri ilə tanışlıq, onların gələcək fəaliyyət istiqamətlərilə bağlı tövsiyyələrin verilməsidir.  Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin cəmiyyətdəki rolundan danışaraq  onlara fəaliyyətlərində uğurlar arzulayıb. Tövsiyyə xarakterli çıxışda bələdiyyələrin ölkədə həyata keçirilən quruculuq işlərində fəal iştirakının vacibliyi, eləcə də vətəndaş məmnunluğu, əhalinin rifahı naminə təşəbbüskarlığının əhəmiyyəti vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31