İcra başçısı sakinlərlə görüşüb
16 Mart 2015 17:26 SosialBinəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun 8-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 114 nəfər mikrorayon sakini iştirak edib. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial - iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Daha sonra mikrorayon sakinləri çıxış edərək mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.