Şikayət xarakterli müraciətlərin 81,4 faizi tam həll olunub
3 Mart 2015 16:57 SosialCari ilin fevral ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 3000, birbaşa cavablandırılan zənglərin sayı 2361 olub. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə yaradılan əks əlaqələrin sayı 853, günlük orta zəng sayı 93, tərtib edilən şikayət vərəqələrinin sayı isə 639 təşkil edib. Şikayət xarakterli müraciətin 626-nın icrası təmin edilib, o cümlədən 510-u və ya 81,4 %-i tam həll olunub, 23-ü və ya 3,7 %-i qismən, 93-ü və ya 14,9 %-i müvafiq izahat verilərək həll edilib. Xidmətə ay ərzində 43 təşəkkür müraciəti daxil olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31