Binəqədidə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar yürüş keçirilib

Binəqədi rayonunda "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində "Erməni yalanına işıq sal" devizi ilə yürüş keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, 1000 nəfərədək sakinin iştirak etdiyi yürüş Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən  20 Yanvar şəhidlərinin xatirəsinə Biləcəri qəsəbəsində ucaldılmış "Güllə Yağışı" abidəsinin önündən başlayıb, Milli Qəhrəmanlar abidəsinədək davam edib. Yürüşdə rayonun fəal gəncləri, ziyalıları,  ümumilikdə rayon ictimaiyyəti ilə yanaşı, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən "Asan könüllüləri" də iştirak edib. Tədbir Biləcəri qəsəbəsində Milli Qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önündə kompozisiyanın səsləndirilməsi ilə davam edib. Kompozisiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə başladılmış "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış çarx səsləndirilib. Daha sonra yürüş iştirakçıları hazırladığı Qətnaməni oxuyub. Qətnamədə binəqədili gənclər bütün Azərbaycan gəncliyini "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının ətrafında sıx birləşməyə çağırıb. və bu kampaniyanın işığında bütün dünyaya səslənərək əsrin faciəsi kimi tarixə düşən Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması işində həmrəylik nümayiş etdirməyi bir insanlıq borcu olduğu vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31