İcra başçısı sakinlərlə görüşüb

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun Rəsulzadə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 123 nəfər qəsəbə  sakini iştirak edib. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial - iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Daha sonra qəsəbə sakinləri çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31