Binəqədidə vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar müşavirə keçirilib

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar müşavirə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, müşavirə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və bir sıra icra strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilib. Müşavirədə rayonda müxtəlif yerli qurumlara, icra strukturlarına edilən vətəndaş müraciətlərinə baxılmasının mövcud vəziyyəti barədə danışılıb, "Azərbaycan" qəzetində dərc edilmiş "Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq" başlıqlı məqaləsi ətrafında müzakirələr aparılıb. Daha sonra Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov çıxış etmiş vətəndaş müraciətlərinə baxılması haqqında məlumat verib. Müşavirəni yekun çıxışı ilə Xaləddin İsgəndərov sona çatdırıb. X.İsgəndərov vətəndaşların müraciətinə baxılması işində prioritet məsələnin onlara diqqətli yanaşma, nəzakətlilik, qayğıkeşlik olduğunu vurğulayıb. RİH başçısı bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn məsələ kimi vətəndaş məmnunluğunun təmin edilməsini hər bir məmurun başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31