Xaləddin İsgəndərov şəhid ailələrinin problemləri ilə maraqlanıb

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti  başçısı  Xaləddin İsgəndərov 20 Yanvar əlilləri və  şəhid ailələri ilə görüşüb. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə icra başçısı bütün xalqımızın 20 Yanvar şəhidləri ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinin problemləri ilə maraqlanan icra başçısı bu problemlərin nəzarətdə saxlanılacağını qeyd edib. Daha sonra "20 Yanvar Cəmiyyəti" Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev çıxış edərək, 20 Yanvar əlilləri və  şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb, bu qayğıya görə ölkə rəhbərliyinə və onun tapşırıqlarını layiqincə yerinə yetirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısına minnətdarlığını bildirib. Görüşdən sonra Rayonun Biləcəri qəsəbəsi "Güllə Yağışı" abidəsinin önündə 20 Yanvar faciəsinin 25-ci  ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti  rəhbərliyi, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakini olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31