Binəqədidə hesabat yığıncağı
19 Yanvar 2015 15:35 SosialBinəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, hesabat yığıncağında rayon rəhbəri ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, rayon icra strukturlarının rəhbərləri və145nəfər qəsəbə sakini iştirak edib. Yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial - iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Sonra Rayon İcra Hakimiyyətinin başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyev hesabat məruzəsi ilə çıxış edib.