Binəqədidə Həmrəyliyi Günü və Yeni ilin gəlişi qeyd edilib

"Versal" şadlıq sarayında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə millət vəkilləri, rayonun idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənənin gündən-günə daha geniş vüsət aldığını bildirib. Sonra rayonun sosial-iqtisadi inkişafında, ictimai həyatında fəal rol oynayan bir qrup şəxs  fəxri fərmanlarla mükafatlandırılıb. Daha sonra  Binəqədi rayonunun 2014-cü ilin uğurlarına həsr olunmuş videoçarx nümayiş edilib. Tədbir incəsənət ustalarının çıxışları ilə davam edib. Tədbirin sonunda dünyanın müxtəlif ölkələrində yaşayan binəqədililərin təbriklərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31