Xaləddin İsgəndərovdan rayonun məsul şəxslərinə ciddi tapşırıq

Binəqədi Rayon İcra Hakimiyyətində humanitar sahədə ətraflı və dolğun təhlillərin aparılması və strateji istiqamətlərin müəyyən edilməsi müzakirə edilib. İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında indiyədək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. RİH başçısının müavini Aygün Əliyeva rayonda təhsil, səhiyyə, mədəniyyət, ekologiya, turizm, gənclər və idman sahəsindəki mövcud vəziyyəti barədə geniş məruzə ilə çıxış edib, uğurlarla yanaşı, həmin sahələrdə  mövcud olan bir sıra çatışmazlıqları da diqqətə çatdırıb və onların aradan qaldırılması ilə bağlı görüləcək işlərdən danışıb. Müzakirələr Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yekun çıxışı ilə başa çatıb.. RİH başçısı qeyd olunan sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin daha da intensivləşdirilməsi üçün aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31