Binəqədidə ağacəkmə aksiyası

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbüsü ilə noyabr ayının 5-dən ölkəmizdə həyata keçirilən  "Ümumrespublika yaşıllaşdırma" layihəsində Binəqədi rayonu da yaxından iştirak edir. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a daxil olan məlumata görə, layihə əsasında rayon ərazisində ağacəkmə kampaniyasına start verilib. Kampaniya Binəqədi rayonunu Xocəsən qəsəbəsində keçirilib. Belə ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının ətrafında ağacəkmə aksiyası baş tutub. Ağacəkmə aksiyasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov başda olmaqla, rayon rəhbərliyi, idarə, müəssisə işçiləri və rayon sakinləri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31