Azərbaycanın ilk milli saat markası təqdim olundu
18 Dekabr 2018 22:58 İqtisadiyyatVMF Şirkəti Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr etdiyi, öz adını daşıyan ilk saat markası "VMF" saatlarının təqdimat mərasimini keçirib.
Tədbirdə ictimai şəxslər, incəsənət adamları, media nümayəndələri, saat həvəskarları iştirak ediblər. Tədbiri açılış nitqi ilə açan Vahid Mustafayev şirkətin 20 ildir yarandığını, illər boyu yüzlərlə Avropa və Asiya saatşunaslıq təlim və kurslarından müvəffəqiyyətlə keçdiklərini deyib.
O, kolleksiyaların adı ilə bağlı məlumatlar verərək, "Naxış" kolleksiyasını anasının adına həsr etdiyini bildirib.
Tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, tədbirdə iştirak etməsinin səbəbi Vahid və Seyfulla Mustafayev qardaşlarının imza atdıqları yeni layihəyə xeyir-dua verməkdir.
Təqdimat mərasimində VMF saatlarının elçiləri də təqdim olunub.
"VMF saatlarının Uğur Fəlsəfəsinin Elçisi" kimi muğam ustadı Mənsum İbrahimov elan edildi. Mənsum İbrahimov VMF saatlarının zövq və dəyərlərini özündə cəmləşdirən "Muğam", "Azman", "Tor" və "Ulduz" kolleksiyasının elçisidir. Tədbirdə Mənsum İbrahimovun iştirakı ilə nümayiş edilən "Muğam" kolleksiyasının videoçarxından sonra ustad sənətkar çarxda səslənən "Şuşanın dağları" mahnısını canlı ifa edib. Mənsum İbrahimova "VMF saatlarının elçisi" sertifikatı və "Muğam" ailəsindən olan qol saatı təqdim olundu.
"Miras", "Bulvar" və "Naxış" kolleksiyasının elçisi oldu.
"Naxış" kolleksiyasının videoçarxının nümayişindən sonra qonaqlara çarxda istifadə olunan "Qavalla rəqs" canlı olaraq nümyiş etdirildi. Rəqsin son akkordunu isə tanınmış rəqqasə özü vurdu. Təranə Muradovaya "VMF saatlarının elçisi" sertifikatı və "Naxış" ailəsindən olan qol saatı təqdim olundu.
Tədbirdə 12 nəfər müsabiqə nəticəsində VMF markasının saatlarına sahib oldu.
Sonda ictimai şəxslərə, incəsənət adamlarına hədiyyələr təqdim olunub.