Suriyada yaşanan insanlıq dramı və beynəlxalq güclərin mübarizəsinin yeni mərhələsi

Suriyada proseslər yenidən arzuedilməz məcraya yönəlir. İŞİD-ə qarşı İraqda başlanan hərbi əməliyyatlardan sonra terror təşkilatının Suriyadakı bazalarının da tezliklə məhv ediləcəyi proqnozlaşdırılsa da, gözlənilənlərin əksi baş verdi. Belə ki, İŞİD tam əksinə Suriyada yeni mövqelər ələ keçirdi, bir müddət əvvəl itirdiyi ərazilərə yenidən nəzarəti ələ aldı. İndi Suriyada əsl insanlıq cinayəti yaşanır. Xüsusilə Hələb bu cinayətin baş verdiyi əsas məntəqədir. Bir tərəfdən Əsəd qüvvələri, digər tərəfdən İŞİD-in ağır artilleriya zərbələri hər gün yüzlərlə insanın həyatına son qoyur. Sanki Suriya uğrunda mübarizə yeni başlayır.

Suriyada proseslər yenidən arzuedilməz məcraya yönəlir. İŞİD-ə qarşı İraqda başlanan hərbi əməliyyatlardan sonra terror təşkilatının Suriyadakı bazalarının da tezliklə məhv ediləcəyi proqnozlaşdırılsa da, gözlənilənlərin əksi baş verdi. Belə ki, İŞİD tam əksinə Suriyada yeni mövqelər ələ keçirdi, bir müddət əvvəl itirdiyi ərazilərə yenidən nəzarəti ələ aldı. İndi Suriyada əsl insanlıq cinayəti yaşanır. Xüsusilə Hələb bu cinayətin baş verdiyi əsas məntəqədir. Bir tərəfdən Əsəd qüvvələri, digər tərəfdən İŞİD-in ağır artilleriya zərbələri hər gün yüzlərlə insanın həyatına son qoyur. Sanki Suriya uğrunda mübarizə yeni başlayır.

"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu da bu qənaətdədir ki, Suriyada mübarizə özünün yeni mərhələsinə qədəm qoyub: "Suriyada baş verə proseslər Hələbin iqtidar qüvvələrinin nəzarətinə keçməsi, Palmiranın isə bundan bur gün əvvəl təkrar İŞİD tərəfindən tutulması, əl-Babda isə Türkiyənin dəstəyi ilə Azad Suriya Ordusunun müvəffəqiyyət qazanması ilə yeni mərhələyə qədəm qoydu. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, tərəflərdən heç biri hazırki dönəmdə, rəqiblərinin əldə etdikləri üstünlüklərlə barışmayacaq və növbəti mərhələdə biz, yeni və ciddi toqquşmaların şahidi olacağıq. Hələb - Suriyada maraqları toqquşan qüvvələrin hər biri üçün son dərəcə ciddi əhəmiyytə malik strateji məntəqədir. Düşünmürəm ki, bu şəhərin indi iqtidar qüvvələrinin nəzarətinə keçməsi ilə, biz, artıq bu şəhər haqqında yeni və fəqrli xəbərlər eşitməyəcəyik. Hələbin Rusiya və İranın hərbi dəstəyi ilə iqtidar qüvvələrinin nəzarətinə tam olaraq keçməsindən bir gün əvvəl Palmiranın İŞİD tərəfindən təkrar geri götürülməsi, buna əyani sübutdur". Vüqar Zifəroğlu deyib ki, hazırda Suriyadakı qarşıdurma yeni fazaya daxil olur. Onun sözlərinə görə, bu mərhələdə, Hələb kimi ciddi strateji məntəqəni ələ keçirən iqtidar qüvvələri; bunda Əsəd rejiminə tam olaraq dəstək verən, eyni zamanda İraqda Mosul üzərinə edilən hücumlarda yerli iqtidarla tam əlbir şəkildə fəaliyyət göstərərək ətrafında formalaşdırdığı şiə hilalı ilə mövqelərini gücləndirən İran, Hələblə birlikdə müxalifətin nəzarətində olan digər önəmli məntəqə olan İdlibi ələ keçirməklə Suriyanın şimalında Lazkiyə, İdlib və Hələb üzərində üç bölgədən formalaşan dəhlizi nəzarət altına almağı planlaşdıran Rusiya iştirak edir: "Həmçinin Hələb itkisi ilə razılaşmayan və hazırki dönəm üçün Rakkanı əsas hədəf kimi elan etsə də, mərkəzdə möhkəmləndikdən sonrə Şərqə doğru getməyi planlaşdıran və bunun üçün də kürd qruplaşmaları ilə müştərək hərəkət edən ABŞ (Qərb); Fəratın sol sahilini özü üçün prioritet elan edən və Suriya münaqişəsinin bu mərhələsində əsas hədəf olaraq əl-Babın nəzarətə götürülməsini qarşısına məqsəd qoyan və buna nail olan Türkiyə var. Hazırda belə bir görüntü yaranır ki, İraqda İranın, Suriyada isə həm İranın, həm də Rusiyanın dəstəklədiyi iqtidar qüvvələri Mosul və Hələb

istiqamətində uğurlar əldə etməklə əslində böyük üstünlük əldə etməkdədirlər. Amma Palmiranın əldən getməsi, eləcə də son dərəcə ciddi strateji əhəmiyyətə malik Afrin-Menbic yolunun və önəmli məntəqə olan əl-Babın Türkiyənin dəstəyi ilə müxalif qüvvələrin nəzarətinə keçməsi, əslində proseslərin heç də ilkin göründüyü qədər sadə getmədiyindən xəbər verir". Vüqar Zifəroğlu hesab edir ki, Birləşmiş Ştatlar, Qərb strateji əhəmiyyətə malik şəhərin İran və Rusiyanın dəstəklədiyi qüvvələrin tam şəkildə nəzarətinə keçməsi ilə barışmayacaq. Onun qənaətincə, Palmiranın təkrar İŞİD-in nəzarətinə keçməsi buna əyani sübutdur: "Qərbin Suriyanın mərkəzi istiqamətində İŞİD üzərində təqzyiqlərini müəyyən qədər azaltması bəs edər ki, bu qüvvə təkrar toparlana bilsin və həm mərkəz, həm də şimal istiqamətlərində Əsəd koalisiyasına ciddi problemlər yaratsın. Palmira buna əyani sübutdur. Palmira Suriyanın mərkəzində, İŞİD-in nəzarətindəki Şərq bölgələrinə, ən əsası da İŞİD-in özünə paytaxt elan etdiyi Raqqaya gedən yolun üstündədir. Palmiranın alınması, İran və Rusiyanın da dəstəklədiyi Əsəd qüvvələrinin Rakka üzərinə hucumunu ciddi şəkildə əngəlləməklə yanaşı, ABŞ-kürd koalisiyasının manevr imkanlarını da artırmış olur. Türk birlikləri isə Azad Suriys Ordusu ilə birgə hazırda daha çox Şimalda - əl-Bab istiqamətində möhkəmlənməkdə, davam etməkdədirlər və əməliyyatın son mərhələsi kimi cənubda olan Tadif və Aran qəsəbələrini götürməyi hədəfləyirlər. Eyni zamanda türk ordusu həm Suriyanın, həm də İraqın şimalında kürd separatçı dəstələrinə zərbələr endirməkdədir. Bu səbəbdən də Suriyanın mərkəzində və şərqində baş verənlər hələki onları az maraqlandırır. Göründüyü kimi, proseslər heç də Hələbin hansısa qüvvənin nəzarətinə keçməsi ilə səngiməyəcək, əksinə yeni və ciddi dəyişikliklərin şahidi ola bilərik".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31