Zərif: "Çox yaxın zamanda İran, Türkiyə və Azərbaycan olaraq İranda görüşəcəyik"
29 Yanvar 2021 13:26 Xarici siyasətTürkiyədə səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident Rəcəb Tayyip Ərdoğanla görüşdən əvvəl həmkarı Mövlud Çavuşoğlu ilə Dolmabahçe Sarayında jurnalistlərin suallarını cavablandırıb.
Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, R.T. Ərdoğan və Cavad Zərif Türkiyə-İran-Azərbaycan üçtərəfli mexanizmi, pandemiya səbəbindən təxirə salınan mövzuları müzakirə edəcəklər.
Zərif Türkiyə ilə münasibətlərin önəmli olduğunu vurğulayıb.
"İki ölkə həmişə çətin anlarda bir-birlərinin yanında olublar. Cənab Ərdoğanın İrana gəlməsini gözləyirik, həm strateji tərəfdaşlığımızı, həm də üçtərəfli zirvəmizi keçirəcəyik. Çox yaxın zamanda İran, Türkiyə və Azərbaycan olaraq İranda görüşəcəyik" - deyə o, qeyd edib.
Gülər Seymurqızı
Olaylar.az