Turizm

AZTA Qazaxıstanda keçirilən beynəlxalq sərgidə

20 Aprel 2018 16:23

Azərbaycan Turizm Assosiasiyası (AZTA) Qazaxstanın Beynəlxalq XVIII  “Turizm və Səhayətlər” Sərgisində (KITF -2018) iştirak edir. “OLAYLAR” xəbər verir ki, AZTA sədri Nahid Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti sərgi  iştirakçılarına Azərbaycanın turizm potensialı haqqında geniş məlumat  verir və xüsusi reklam materialları təqdim edirlər. Azərbaycan stendi  içtirakçılar tərəfindən böyük maraqla qarşılanır.

Azərbaycan Çin və Hindistanın hesabına ildə 10 milyondan çox turist qəbul edə bilər

20 Aprel 2018 12:12

Azərbaycanda kütləvi turizmin inkişafı üçün Çin və Hindistan bazarını ələ almaq lazımdır.

Azərbaycanda ərəb turisti döydülər – Əxlaqsızlığa görə

16 Aprel 2018 14:39

Azərbaycanda ərəb turist döyülüb. Bakı-Qazax marşutu üzrə hərəkət edən avtobusda olan ərəb turist azərbaycanlı qadınla qeyri-əxlaqi hərəkətlər edib. Onun bu hərəkəti avtobusdakılar tərəfindən hiddətlə qarşılanıb. Mahmud adlı sərnişin ərəb turistinə xəbərdarlıq edib: “Özünü yığışdır, camaatın ana-bacısı var”.

Turistlərin Azərbaycandakı bank əməliyyatlarının həcmi açıqlandı - 190 milyon...

10 Aprel 2018 11:09

Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə cari ilin yanvar ayında 99,798,809 manat, fevral ayında 91,128,890 manat, ümumilikdə isə 190,927,699 manat məbləğində əməliyyat aparılıb.

İndoneziyalı turistlər üçün xüsusi turizm paketləri hazırlana bilər

6 Aprel 2018 17:13

Azərbaycanla İndoneziya arasında İndoneziyadan ölkəmizə gələn turistlərlə bağlı xüsusi turizm paketlərinin hazırlanması məsələsi müzakirə olunub. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu məsələ nazir Əbülfəs Qarayevin İndoneziyanın xarici işlər nazirinin müavini Abdurrahman Mohammad Fachirlə görüşü zamanı müzakirə edilb.

İrandan Azərbaycana gələn turistlərin sayı 360 minə çatıb

29 Mart 2018 12:39

"Son müddət ərzində İrandan Azərbaycana da gələn turistlərin sayı artır. Əgər 2016-cı ildə 240 min İran vətəndaşı gəlmişdisə, keçən il bu rəqəm 360 minə çatıb".

Turizm Assosiasiyasının yeni komitəsi təsis edilib

28 Mart 2018 12:36

Azərbaycan Turizm Assosiasyasının yeni komitəsı təsis edilib. Bu barədə məlumatı “OLAYLAR”-a  Assosiasiyanın idayə heyətinin üzvü Göydəniz Qəhrəmanov məlumat verib. O bildirib ki, AZTA –nın idarə heyətinin qərarı ilə turizm bələdçiləri ilə iş üzrə  komitə yaradılıb: “Yeni komitənin artıq ilk iclası keçilib. İclasda  əsasən inzibatı məsələlər müzakirə olunub. Yeni yaranmış bələdçilərlə iş  üzrə komitənin rəhbəri Samirə Quliyeva seçilib”.

Özbəkistanda Azərbaycanın müalicəvi turizm imkanlarına dair təqdimat mərasimi keçirilib

24 Mart 2018 15:00

Azərbaycanın “Travel lab” və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddəki Hyatt Regency otelində keçirilən  tədbirdə Özbəkistanın turizmin inkişafı üzrə Dövlət Komitəsinin rəhbərliyi, bu ölkənin 30-dan çox aparıcı turizm təşkilatlarının nümayəndələri, çoxsaylı mətbuat nümayəndələri iştirak ediblər.

Bakıda otellərin qiyməti ucuzlaşdı

19 Mart 2018 14:31

Bakıda hər il Novruz bayramı ərəfəsində otellər qiymətlərini qaldırsalar da, bu il qiymətlərini 20 faiz ucuzlaşdırıblar. Bunu  Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. N.Bağırovun sözlərinə görə, təxminən 10-15 gün əvvəl otellərdə qiymətlər baha olsa da, artıq qiymətlər ucuşlaşdırılıb.

Macarıstanla turizm sahəsində əməkdaşlıq memorandumu imzalanacaq

15 Mart 2018 17:16

Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Macarıstan Turizm Operatorları  Assosiasiyası (MUISZ) əməkdaşlıq haqqında Memorandum imzalayacaqlar. “OLAYLAR” xəbər verir ki, bu barədə razılıq Azərbaycan Turizm Assosiasiyasının ofisində keçirilən  Azərbaycan-Macarıstan dostluq qrupunun üzvləri ilə keçirilən görüş  çərçivəsində əldə olunub.

İsmayıllıda turizmin inkişafı təşviq olunur

28 Fevral 2018 16:48

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti işgüzar forum fevralın 28-də İsmayıllı rayonunun Qalınçaq kəndində təşkil olunub.

Turizm biznesi peşəkarları üçün ənənəvi illik tədbir keçiriləcək

14 Fevral 2018 16:05

Fevralın 15-də turizm biznesi peşəkarları üçün "B2B Luxury & MICE Workshop" adlı ənənəvi illik tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdarları olacaqlar. Vorkşopun iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan  aparıcı şirkətlər, digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından  olan xarici beşulduzlu otellər, turoperaperatorlar və turizm ofislərinin nümayəndələri olacaqlar. B2B Luxury & MICE Workshop layihəsi çərçivəsində habelə 13 fevralda  Qazaxıstanda (Almatı)  və 17 fevralda Gürcüstanda (Tbilisi)  vorkşoplar keçiriləcək.

Azərbaycanda turizmin inkişafını şərtləndirən başlıca amillər

8 Fevral 2018 14:27

Son illərdə Azərbaycanda qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə inkişafı turizm sektorunun inkişafına da öz müsbət təsirini göstərib. Ümumiyyətlə isə, 2004-cü ildən etibarən ölkədə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə turizm sektorunun inkişafına öz müsbət təsirini göstərib. Dövlət Proqramının icrası çərçivəsində turizm istirahət zonalarında mehmanxana və otellər şəbəkəsinin yaradılması, infrastrukturun yenilənməsi xarici turistlərin ölkəmizə olan marağını artırıb. Bunu istər keçən ilin yekunları, istərsə də bu ilin yanvar ayına olan statistik göstəricilər də təsdiqləyir.

Keçən ay Azərbaycana gələn turistlərin sayı artıb

7 Fevral 2018 17:34

Cari ilin yanvar ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min nəfəri keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artım deməkdir. “OLAYLAR” xəbərinə görə, bu barədə məlumat Mədəniyyət və Turizm Nazirliyindən daxil olub. Bildirilib ki,  Azərbaycana gələn xarici vətəndaşlarının sayına görə üstünlük təşkil edən ölkələr qonşu ölkələr olan Rusiya Federasiyası (59 990 nəfər), Gürcüstan (45 679 nəfər),  Türkiyə (24 276) və İran İslam Respublikası (13 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) olmuşdur. Bu 5 ölkədən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82%-ni təşkil edib.