Turizm

Azərbaycan ən əlverişli turizm istiqamətləri arasında ilk onluqda - REYTİNQ

31 Yanvar 2018 17:00

Azərbaycan rusiyalı turistlər üçün ən əlverişli turizm istiqamətləri arasında ilk onluqda yer alıb.

Azərbaycan beynəlxalq turizm sərgisində

26 Yanvar 2018 11:53

25-28 yanvarda Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2018" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur.

İldə Azərbaycana 200 mindən çox Türkiyə vətəndaşı gəlir

16 Yanvar 2018 16:53

Azərbaycan Türkiyə vətəndaşlarının ən çox səfər etdiyi 10 ölkə arasındadır.  Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) məlumatlarına görə, ötən il bu ölkədən Azərbaycana 212 min nəfər gəlib.

Azərbaycana gələn turistlərin sayında REKORD

8 Yanvar 2018 17:55

Son 5 il ilə müqayisədə 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında artım müşahidə edilib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Onlardan 853 082 Rusiya Federasiyası, 537 710 Gürcüstan, 362 597 İran, 301 553 Türkiyə, 102 360 Birləşmiş Ərəb Əmirlikləri, 62 454 İraq, 57 756 Ukrayna, 33 273 Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Bayram günlərində gedənlərin sayı azalıb, gələnlərin isə artıb

4 Yanvar 2018 15:06

Ötən illə müqayisədə bu il Yeni il bayramı günlərində xaricə gedən azərbaycanlıların sayı azalıb, Azərbaycana gələn turistlərin sayı isə artıb. Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovdeyib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının çoxu ölkəmizin regionlarında - Quba, Qusar, Qəbələ və Lənkəranda istirahət ediblər.

Turizm Şurasının sağlamlıq və ekoturizm üzrə işçi qrupları fəaliyyət göstərəcək

25 Dekabr 2017 15:00

Azərbaycan Turizm Şurasının növbəti iclası keçirilib. “OLAYLAR” xəbər verir ki, iclasda sağlamlıq turizmi üzrə işçi qrupu yaradıldı, ekoturizm üzrə işçi qrupuna daxil ediləcək nümayəndələr haqqında müvafiq məlumatların 20 gün ərzində Turizm Şurasının sədrinə təqdim olunması qərara alındı.

Pakistanla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

21 Dekabr 2017 13:43

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Səid Mohmand arasında görüş keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan ilə Pakistan arasında ikitərəfli və çoxtərəfli platformalarda mədəniyyət, turizm və digər sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.

Azərbaycana daha çox hansı ölkədən turist gəlir? - SİYAHI

5 Dekabr 2017 16:02

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 276 604 xarici vətəndaş gəlib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yalnız oktyabr ayında Azərbaycana 204 686 nəfər səfər edib. Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, sonrakı yerləri isə Gürcüstan, İran vətəndaşları tutur. Bu ilin ilk 10 ayı ərzində Azərbaycana Rusiyadan 727577, Gürcüstandan 439 305, İrandan isə 320 904 xarici vətəndaş gəlib.

Azərbaycan Turizm Assosiasiyası Misirdə turizmin təhlükəsizliyinin təbliğatını həyata keçirəcək

14 Noyabr 2017 15:31

AZTA rəhbərliyi ofisində Misirin Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fudə Siddiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “OLAYLAR”-a daxil olan məlumata görə, nümayəndə heyətinə Misirin Ədliyyə Nazirliyinın təftiş müşaviri Vəlid Fövzi əs-Subəi, “Air Cargo” şirkətinin idarə heyətinin rəhbəri Yasir Yəhya Məhəmməd, “Maksima” turizm şirkətinin rəhbəri Amir Məhəmməd İsmayıl, “Shams” otellər qrupunun idarə heyətinin sədri Muteyyi Mahmud İsmayıl, “İtaly-Egypt Air” şirkətinin baş meneceri İsam Əbdül Gəni daxil olub.

Türkiyə mətbuatı ölkəmizin turizm imkanlarından yazıb

29 Sentyabr 2017 18:13

Bu günlərdə Türkiyənin populyar mətbuat orqanlarından “Vatan”, “Sözcü”, “İstiklal Gazetesi”, “Dünya”, “Diriliş Postası” və “Yeniçağ” gündəlik qəzetlərində Azərbaycanın turizm imkanlarından bəhs edən məqalələr dərc olunub. “OLAYLAR”-ın xəbərinə görə,  Mədəniyyət və Turizm Nazirliyinin qardaş ölkədəki turizm təmsilçiliyinin icraçı direktoru Nurlana Çakmakın açıqlamaları əsasında hazırlanan və “Azərbaycan türkiyəli yatırımçıları və turistləri gözləyir” sərlövhəli məqalələrdə ölkəmiz turizm imkanları haqqında geniş məlumat verilir.

“Turizm həftəsi” davam edir

27 Sentyabr 2017 11:01

Sentyabrın 27 – də Mədəniyyət və Turizm Baş İdarəsi Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edib. “Olaylar” bildirir ki, “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə “Ümid Yeri” uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.

MDB məkanında rusiyalı turistlərin ən çox səfər etdiyi 3-cü şəhər Bakıdır

20 Sentyabr 2017 15:45

Bakı rusiyalı turistlərin MDB məkanında ən populyar şəhərlər seçimində TOP-3-ə düşüb. “TurStat” agentliyinin araşdırmasının nəticələrinə əsasən, Bakı rusiyalı turistlər arasında ən populyar MDB şəhəri Minsk və Astanadan (Qazaxıstan) sonra III yeri tutub. Bu barədə "Lenta.ru" yazıb. Turistlər Belarus paytaxtına orta hesabla 2,5 günlük səfər edirlər. Burada orta xərc bir gün üçün təxminən 70 dollar təşkil edir. II yerdə Astana (2 gün; 85 dollar/gün), III yerdə Bakı (3 gün, 78 dollar/gün) sıralanıb. Həmçinin, “TOP 10”a Yerevan, Almatı, Daşkənd, Aşqabad, Kiyev, Kişinyov və Bişkek daxildir.

Ölkəmizin böyük turizm potensialı var

13 Sentyabr 2017 13:53

Son illər qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri olan turizm sahəsində də ciddi addımlar atılır, bu sahənin daha da inkişaf etdirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Ancaq onu da qeyd etmək yerinə düşər ki, turizm sahəsinə nə qədər diqqət göstərilsə də, hələ də bu sahədə müəyyən nöqsanlar qalmaqdadır.

Azərbaycanda bəzi turistlər "qara siyahı"ya salınacaq

8 Sentyabr 2017 11:58

“Azərbaycan Turizm Assosiasiyası (AZTA) "qara siyahı"sını bərpa edəcək. Bu siyahıya bütün turizm sənayesi iştirakçıları – tələbləri pozan turizm şirkətləri, otellər, aviaşirkətlər və hətta arzuolunmaz turistlər də daxil ediləcək”.

"Regionlarda istirahət edən turistlərin sayı artır"

18 İyul 2017 17:15

Paytaxt Bakı ilə yanaşı, regionlarda da istirahət edən turistlərin sayı günbəgün artır.  Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bunu Şəmkir şəhərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədə deyib.