Turizm
Miqrasiya Xidməti turizm obyektlərinin əməkdaşları üçün seminar keçirib
Turizm mövsümünün başlanması ilə əlaqədar olaraq Lənkəran regional miqrasiya idarəsi mehmanxana nümayəndələri üçün rayonun Mədəniyyət Mərkəzində miqrasiya qanunvericiliyinə həsr edilmiş seminar keçirib.
Nahid Bağırov: "Əcnəbilər artıq öz ölkələrində Azərbaycan haqqında danışır"
Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən söz açıb.
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Azərbaycana bu il ərzində gələn turistlərin sayı açıqlanıb. Milli Turizm Təbliğat Bürosunun getmə turizm sahəsində ixtisaslaşmış tur operator və turizm şirkətləri ilə görüşdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, keçən ilin may ayında Azərbaycana 174 min nəfər, bu ilin mayında isə 211 min turist səfər edib: "Bu, kifayət qədər böyük rəqəmdir və artım böyükdür.
Halal turizm standartları ölkəmizə nə vəd edir?
Son zamanlar müsəlman ölkələrindən, eləcə də Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları öncəsi ölkəmizə çoxsaylı turist axını Azərbaycanda halal turizm standartlarının tətbiqini zəruri edir. Məsələ orasındadır ki, ölkəmiz üçün yeni olan halal turizm standartları cəmiyyətdə birmənalı qarşılanmır. Reallıq isə ondan ibarətdir ki, sözügedən standartlar artıq müsəlman ölkələrində xeyli müddətdir ki, tətbiq olunmaqdadır. Maraqlıdır, halal turizm standartları dedikdə nə nəzərdə tutulur və ölkəmizdə onun tətbiqi hansı səviyyədədir?
Azərbaycanda kənd yaşıl turizmi inkişaf etdirilir
Ölkə parlamenti “Turizm haqqında” yeni qanunu birinci oxunuşda qəbul etdi. Qanun Azərbaycan Respublikasında turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir. Maraqlıdır, qanunda turizm sahəsində hansı yeniliklər nəzərdə tutulur?
"Hotellər öz mərtəbələrini ayrı-ayrılıqda qadınlar və kişilər üçün bölə bilərlər"
Azərbaycanda 4, 5 ulduzlu hotellər könüllü olaraq, öz mərtəbələrini ayrı-ayrılıqda qadınlar və kişilər üçün bölə bilərlər. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiriMahir Qəhrəmanov "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqinə həsr olunan tədbirdə bildirib.
Bələdiyyə turizminin inkişafı və perspektivləri
Yerli özünü idarəetmə orqanlarının çəkdikləri maliyyə sıxıntılarının kökündə bələdiyyələrin davamlı maliyyəsinin və iqtisadi əsaslarının tam formalaşmadığı səbəbi durmaqdadır. Təəssüf ki, hələ də əksər bələdiyyələrin büdcə gəlirləri torpaq alqı-satqısı və vergilər əsasında formalaşır və yaxud bir çox bələdiyyə nümayəndələri tərəfindən bələdiyyə orqanlarının inkişafının yalnız torpaq alqı-satqısı əsasında mümkün olacağı düşünülür. Halbuki iri şəhərlərdən, qəsəbə və ucqar kəndlərə qədər ölkənin bütün ərazisini əhatə edən yerli özünü idarəetmə orqanı olan bələdiyyələr iqtisadi inkişaf proqramları və layihələrin həyata keçirilməsi kimi geniş resurs və imkanlara malikdirlər.
Daşkənddə keçirilən “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisində Azərbaycan da təmsil olunur
Daşkəndin “Уzkurqazmasavdo” mərkəzi sərgi salonunda “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisi keçirilir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə sərgidə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edir.
Gürcüstanla mədəniyyət və turizm əlaqələri müzakirə olunub
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, nazir iki ölkə arasında mədəniyyət və turizm əlaqələrinin yüksək səviyyədə olduğunu deyib, son illərdə mədəniyyət sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və müştərək layihələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Məgər daxili turizm varlılar üçün nəzərdə tutulub?
Milli Məclisdə “Turizm haqqında” qanun layihəsi yeni verisyada müzakirəyə çıxarılıb. Qeyd edək ki, müzakirəyə təqdim olunan qanun layihəsi ilkin variantdan xeyli fərqlənir. Belə ki, mövcud qanun ixtisar edilərək 88 maddədən 70-ə endirilib. Yeni qanunda turizm sektorunun stimullaşdırılması məqsədi ilə bir sıra müddəalar nəzərdə tutulub. Daha dəqiq, turizm sektoruna sərmayə qoyan sahibkarlara müxtəlif güzəştlərin tətbiqi planlaşdırılır. Ümumilikdə sənəddə turzimin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf strategiyası öz əksini tapıb. Lakin hələ bu da tam yetkin qanun layihəsi deyil və bir sıra maddələr ixrisar oluna bilər. Maraqlıdır, qanunda əksini tapmış yeniliklər nədən ibarətdir və sözügedən dəyişikliklər ölkədə turizmin inkişafına hansı töhvəni verə bilər?
Turizmin inkişafının ölkə iqtisadiyyatına müsbət təsiri
Son illər Azərbaycan iqtisadiyyatının inkişafında turizm sektorunun özünəməxsus payı var. Istər paytaxt Bakıda, istərsə də turizm regionlarında yaradılan infrastruktur ildən-ilə Azərbaycana daha çox turistin gəlməsini şərtləndirir. Digər tərəfdən il ərzində Azərbaycanda bir neçə beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, mədəni və humanitar tədbirlərin keçirilməsi də ölkəmizə turistlərin marağının artmasına səbəb olan başlıca amillərdəndir. Bundan başqa kütləvi mədəni və idman yarışları, həmin yarışlara qatılan iştirakçı və onların tərəfdarları da potensial turistlərimizdəndir. Ölkəyə təşrif buyuran turistlərin bayram günlərində sayının daha çox olması da diqqət çəkən məqamlardandır.
Regionlarda turizm inkişaf etdirilir
Qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində turizm sahəsində görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanda da son illər ərzində turizm sahəsində mühüm addımlar atılıb, məqsədyönlü tədbirlər həyata keçirilib. Məhz görülən işlərin nəticəsidir ki, artıq ölkəmiz xarici turistlərin üz tutduğu cəlbedici məkanlardan birinə çevrilib.














.jpg)