Tikinti
Suqovuşan və Talış kəndlərinə gedən yolların asfaltlanmasına Başlanılıb
Sulutəpə dairəsində yeni yol qovşağının inşası tamamlanmaq üzrədir
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb.
3 cəbhəyanı kəndin yolu yenidən qurulub
Ağdam rayonunda cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətində işlər aparılıb.
Oğuz-Şəki avtomobil yolu yenidən qurulur
Vətəndaşların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir. “OLAYLAR” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu prosesin icrası nəticəsində son 5 ildə 6 min km-də çox yol yenidən qurulub və təmir edilib. Yenidən qurulub təmir edilən yolların təqribən 1500 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır.
Xırdalan dairəsində tikilən yeni körpüdə tamamlama işləri aparılır
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajı yekunlaşdırılaraq, tağ hissəsinin quraşdırılmasına başlanılıb.
Magistral və respublika əhəmiyyətli 2 yolun tikintisi yekunlaşır
Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir.
Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi yekunlaşır
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılır.
Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb
Prezident İlham Əliyevin Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün imzaladığı sərəncama əsasən müvafiq işlərə başlanılıb.
Qazaxda sərhədyanı kənd yolu əsaslı şəkildə təmir edilir
Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2020-ci i il tarixində imzaladığı sərəncama əsasən Qazax rayonu, yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 13-cü km-dən ayrılan və Fərəhli kəndinə gedən yol əsaslı təmir edilir. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, uzunluğu 5 km olan yolun Fərəhli kəndinə qədər olan hissəsi 3 km, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 km təşkil edir.
Tovuzda 1 şəhər və 4 kəndi əhatə edən yolların yenidən qurulması Yekunlaşır
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında yer alan genişmiqyaslı sosial-infrastruktur layihələr arasında yol infrastrukturunun yenidən qurulması xüsusi önəm daşıyır.
Bu ilin 8 ayında 290 kilometr qaz xətti əsaslı təmir edilib
“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ildə qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işlərini uğurla davam etdirir.
Xırdalan dairəsində yeni körpünün aşırım tirlərinin montajına başlanılıb
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajına başlanılıb.
3 sərhəd keçid məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşdırılır
Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2020-ci il tarixli 1997 nömrəli Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba”, “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri aparılır. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması və torpaq işləri həyata keçirilir.
Cəbhəyanı rayonlarda su kəhrizləri bərpa edilir
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin kankanları (kəhriz ustaları) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonunun Əhmədağalı kəndinin ərazisində yerləşən Heyvalı kəhrizində bərpa-təmir işlərinə başlayıblar.













