Ağdamda 5 hektar ərazidə mərkəzi park salınacaq
27 Dekabr 2023 13:40 TikintiXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Yenidən qurulan Ağdam şəhərində buraya köçürüləcək keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradılır.
Olaylar.az xəbər verir ki, Ağdamda yeni salınan yaşayış kompleksləri ilə yanaşı, Ağdam şəhərində 5 hektar ərazidə mərkəzi park salınacaq.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq:
"Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada, həmçinin, su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək.
Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq. Park Ağdam sakinləri ilə yanaşı, şəhərin qonaqlarının, turistlərin istirahəti üçün də ən gözəl məkanlardan biri olacaq". (Trend)