İşğaldan azad edilən ərazilərdə ən böyük məscid tikilir

İşğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri çərçivəsində məscid və məbədlərin, dini inanc yerlərinin bərpası və tikintisi xüsusi nəzarətdə saxlanılır.

Olaylar.az-ın məlumatına görə, bu barədə "Laçın Abadlıq Xidməti" ASC-nin direktor müavini Elnur Abdullayev açıqlamasında deyib.

O qeyd edib ki, Laçın şəhərində hazırda inşa edilən məscid binası azad olunan ərazilərdə ən böyük məscidlərdən biri olacaq.

Qeyd edək ki, erməni vandalizmi Laçındakı ibadət ocaqları, məscid və digər abidələrdən də yan keçməyib. Erməni işğalı zamanı daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirilməyə və dünyaya erməni xalqının yazılı abidələri kimi təqdim edilməyə cəhd olunub.

Torpaqlarımız azad olunduqdan sonra isə yaşayış yerləri və digər infrastruktur işləri ilə paralel, sözügedən dini abidələrin, məscidlərin, məbədlərin bərpası və yenidən inşası da xüsusi diqqətdə saxlanılır. Hazırda Laçın şəhərində yeni məscid inşa olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31