Balakəndə daş-beton bənd əsaslı təmir olunur
1 Noyabr 2023 16:02 TikintiRayon ərazisində yeni beton bəndlərin tikintisi, mövcud bəndlərin təmiri və çaylarda məcra tənzimləmə işləri ətrafda olan yaşayış məntəqələrini və əkin sahələrini sel sularından mühafizə edir. Sakinlər son illər görülən işləri müsbət dəyərləndirirlər.
Hər il olduğu kimi 2023-ci ilin əvvəlindən başlayaraq ayrı-ayrı çaylarda məcra tənzimləmə işlərinin görülməsi idarə tərəfindən həyata keçirilir. Bunun üçün çaylara ağır texnikalar cəlb edilir. Bundan başqa suvarma suyununun itkisinin qarşısının alınması məqsədilə torpaq məcralı Balakən-Tuqay kanalının beton üzlüyə alınması, üzərindəki qurğularla birlikdə əsaslı təmiri işləri də davam etdirilir.
Qeyd edək ki, Balakən Suvarma Sistemləri İdarəsinin 8400 hektar suvarılan torpaq sahəsi var. Bundan 2252 hektar əkin sahəsi, 2661 hektarı həyətyanı sahə və 3487 hektarı çoxillik əkmələrdir. Suvarma əsasən öz axını ilə həyata keçirilir, dağ çaylarından gələn suların hesabına və 65 ədəd subartezian quyusu, eləcə də 90 artezian quyusu ilə aparılır.