Laçında şəhərdaxili yolların bərpası barədə RƏSMİ AÇIQLAMA - VİDEO - FOTO

Laçın şəhərinin daxili yollarının bərpası layihəsi sürətlə və keyfiyyətlə icra olunur.

Bu barədə Olaylar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, uzunluğu təqribən 70 km təşkil edən Laçın şəhərinin daxili yollarının yenidənqurulması mərkəzi küçələrin və məhəllədaxili yolların bərpasından ibarətdir:

"Küçə və məhəllədaxili yolların eni 4-11 metr arası dəyişir. Layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir. Artıq bir çox küçə və yollarda sadalanan işlər yekunlaşıb".

Qeyd olunub ki, tikinti-bərpa işləri "İnşaat Norma və Qaydaları"na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir:

"Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Laçın şəhərinin daxili yollarının bərpası ilə şəhər ərazisində müasir yol infrastrukturu qurulur ki, bu da burada yaşayan əhalinin və bura gələn qonaqların rahat gediş-gəlişi təmin edir"

Laçında şəhərdaxili yolların bərpası barədə RƏSMİ AÇIQLAMA (FOTO/VİDEO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31