Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosse yolu gələn il hazır olacaq

Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosse yolu gələn ilin birinci rübünə hazır olacaq.

Olaylar.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov II Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zaman deyib.

O qeyd edib ki, növbəti bir neçə ildə Şuşada bütün küçə infrasturkturunu tamamilə hazır etməyi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31